İranda koronavirusdan ölənlərin sayı bir neçə dəfə artdı
Region
- 23 fevral, 2020
- 08:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir.
COVID-19 infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Son xəbərlər
16:07
Nazir: "Azərbaycan Kamboca ilə investisiyaları qorumaq haqqında saziş hazırlayır"
Biznes
16:02
Rəşad Rəsullu: "Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir"
Fərdi
16:02
Foto
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub
Elm və təhsil
15:59
Azərbaycan Kambocanın xam pambığı son məhsula çevirmək təcrübəsi ilə maraqlanır
Biznes
15:58
Baş nazir: "Azərbaycanla Kambocanın iqtisadi üstünlüklərinin birləşdirilməsi dinamik biznes ekosistemi yaradacaq"
Biznes
15:56
Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirir"
Energetika
15:55
Hun Manet: "Azərbaycan və Kamboca arasında biznes potensialının dərindən öyrənilməsi zəruridir"
Biznes
15:52
Hun Manet: "Azərbaycanla qarşılıqlı fəaliyyəti dərinləşdirməyi hədəfləyirik"
Biznes
15:49
Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman: "Kokauri dünya səviyyəli idmançıdır"
Fərdi