Yuxarı
    Bağlamaq

    İranda etiraz aksiyasının iştirakçıları hoteli yandırıblar - FOTO

    Təhlükəsizlik orqanlarından birinin əməkdaşının hotel işçisinə təcavüz etməsi cəhdi etirazlara səbəb olub

    Bakı. 8 may. REPORT.AZ/ İranın Mahabad şəhərində etiraz aksiyasının iştirakçıları "Tarai" mehmanxanasını yandırıblar. "Report" xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.

    Xəbərə görə, 23 yaşlı qadın xidmətçi Fərinaz Xosrovniyə təhlükəsizlik orqanlarından birinin əməkdaşı təcavüz etmək istəyib. Hotelin sahibinin baş verənlərə göz yumması qarşılığında məmur onun mehmanxanasına 5-ci ulduz verəcəyinə boyun olub. Hakimiyyət təmsilçisinin zorakılığından qurtulan qadın mehmanxananın 4-cü mərtəbəsindən özünü ataraq, aldığı xəsarətdən yerindəcə ölüb. 

    Baş verənləri şəhər valisi Cəfər Kətani də təsdiqləyib. Şübhəli şəxs saxlanılıb.

    Məlumatda bildirilib ki, mehmanxananın ətrafına minlərlə etirazçı toplaşıb. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb. Tutulanlar və yaralananlar var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi