İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Region
28 Mart , 2019 16:00
İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb
0 : 00
0 : 00

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Fövqəladə Hallar İdarəsi sədrinin müavini Həmidrza Hankeh bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 265 nəfər yaralanıb: “Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3, Kohkuliye-Boyer Əhməd və Loristanda 2, Kirmanşah, Xuzistan, Həmədan və Simnanda hərəsində bir nəfər ölüb”.

H.Hankeh 265 yaralıdan 47-nin müxtəlif xəstəxanalarda müalicə olunduğunu vurğulayıb.

Qeyd edək ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsi, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri su basıb.

Son xəbərlər

Orphus sistemi