Yuxarı
    Bağlamaq

    ​İran XİN başçısının müavini: "Ötən 5 ildə Suriyada ən yaxşı kadrlarımızı itirdik"

    Hüseyn Əmir Abdullahian: İki il öncə Əsədlə görüşdə ailəsini İrana göndərməsini təklif etmişdim

    Bakı. 17 noyabr. REPORT.AZ/ "İki il öncə Bəşşar Əsədlə görüşdə ailəsini İrana göndərməsini təklif etmişdim, ancaq o bunu qəbul etmədi".

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Tehranda Şərif Universitetində keçirilən konfransda bildirib.

    Onun sözlərinə görə, Bəşşar Əsəd təklif qarşılığında ömrünün sonunadək həyat yoldaşı ilə birlikdə Suriyada qalacağını bildirib: "Suriyada 5 ildir iç savaş gedir. Bu müddət ərzində Əsədin qalması üçün ən böyük dəsətəyi İran verib. Ötən 5 ildə ən ağır itkilər verdik. Ən yaxşı kadrlarımızı orada itirdik. Əgər Suriya ordusuna dəstəyimiz olmasayadı, Əsəd iki-üç ilə yıxılardı". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi