Yuxarı

İran XİN başçısının müavini məsləhətləşmək üçün Moskvaya gedib

Əmir Abdullahian Suriya ilə bağlı görüş öncəsi bir sıra məsələləri Rusiya rəsmiləri ilə müzakirə edəcək

Bakı. 27 yanvar. REPORT.AZ/ İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Moskvaya səfər edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda İranın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"İranın xarici işlər nazirinin müavini Əmir Abdullahian Cenevrədə keçiriləcək Suriya ilə bağlı danışıqlardan öncə Moskvaya səfər edib. Səfərin məqsədi bir sıra məsələlərlə bağlı məsləhətləşmələr aparmaqdır", - deyə mətbuat xidmətindən bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi