Yuxarı

​İran və Fransa prezidentləri çaxıra görə sarayda nahar etməyəcək

İran rəsmiləri süfrədə halal ətdən hazırlanan yemək olmasını və çaxır verilməməsini istəyib

Bakı. 11 noyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri zamanı Yelisey sarayında verilməsi nəzərdə tutulan nahar yeməyi ləğv edilib.

"Report" Fransanın "RTL" radiosuna istinadən xəbər verir ki, İran tərəfi nahar zamanı süfrədə "halal ət"dən hazırlanan yemək olmasını və çaxır verilməməsini istəyib. Fransa tərəfi İranın bu istəyini qəbul etmədiyindən iki ölkə prezidentləri Fransua Ollandla Həsən Ruhaninin Yelisey sarayında birlikdə nahar yeməyi təxirə salınıb.

Qeyd edək ki, İran prezidenti ötən gün Fransa, İtaliya və Vatikana səfərə çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi