İran Rusiyanın İŞİD-ə qarşı Suriyada güc tətbiq etmək qərarını alqışlayır

İran Rusiyanın İŞİD-ə qarşı Suriyada güc tətbiq etmək qərarını alqışlayır İran XİN: "Biz bu addımı pozitiv qiymətləndiririk və regionda terrorizmlə mübarizəyə yönələn bütün addımləri yüksək dəyərləndiririk"
Region
30 Sentyabr , 2015 17:22
İran Rusiyanın İŞİD-ə qarşı Suriyada güc tətbiq etmək qərarını alqışlayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "İran Rusiyanın Suriyada "İslam Dövləti" terror qruplaşmasına aviazərbələrin endirilməsi üçün Hərbi Hava Qüvvələrindən istifadə etmək qərarını alqışlayır".

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə İran XİN nümayəndəsi Mərziyə Əfxəm bildirib. 

"Biz bu addımı pozitiv qiymətləndiririk və regionda terrorizmlə mübarizəyə yönələn istənilən addımları yüksək dəyərləndiririk", - o qeyd edib. 

Xatırladaq ki, Federasiya Şurası Rusiya prezidentinə Suriyada hərbi qüvvələrin istifadəsinə razılıq verib.  

Son xəbərlər

Orphus sistemi