Yuxarı

​İran rəsmisi: "Valyuta məzənnəsinə nəzarət etmək üçün İstanbul və Dubaya 20 milyard göndərilib"

Cahangiri: Neft gəlirinin 2,7 milyard dollardan artığının bir gəncin ixtiyarına verilməsinə təəccüb edirik

Bakı. 20 yanvar. REPORT.AZ/ Milli valyutanın məzənnəsinə nəzarət etmək üçün İranın keçmiş prezidenti Mahmud Əhmədinejat hökuməti İstanbul və Dubaya 18 ayda 20 milyard dollar göndərib.

"Report" İranın "İRNA" Agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini İshaq Cahangiri hazırda ölkəsində həbsxanada saxlanılan iranlı iş adamı Babək Zəncaninin Türkiyə ilə bağlı əlaqələrindən danışarkən deyib.

Prezidentin müavini Tehranda keçirilən tədbirdə B.Zəncaninin adını çəkmədən əlavə edib: "Neft gəlirinin 2,7 milyard dollardan artığının bir gəncin ixtiyarına verilməsinə təəccüb edirik. Əgər həmin maliyyə vəsaiti təkrar maliyyə sistemimizə qayıtmazsa, bu, İran üçün qara bir ləkə olacaq. İctimaiyyət bu pulların geri dönəcəyini səbrsizliklə gözləyir".

Onun sözlərinə görə, İranın indiki hökuməti (İranda prezident hökumət başçısısdır) bu məsələdə fırıldaqdan başqa bir şey tapmayıb.

Xatırladaq ki, Babək Zəncani 2013-cü ilin dekabrında həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi