Yuxarı

İran prezidentinin qardaşı cəzasını çəkmək üçün həbsxanaya köçürülüb

​İran prezidentinin qardaşı cəzasını çəkmək üçün həbsxanaya köçürülüb
© Fotolia

İranın Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun 5 illik cəzasını çəkməsi üçün həbsxanaya köçürülüb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məhkumun vəkilinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın əvvəlində İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmaili Ruhaninin qardaşının rüşvət aldığına görə 5 il həbs cəzasına məhkum edildiyini söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi