Yuxarı

İran prezidenti: "Yeni səhifə açıb Fransa ilə yeni əlaqələr qurmağa hazırıq"

Həsən Ruhani Parisdə biznes liderləri ilə görüş keçirib

Bakı. 28 yanvar. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Fransa ilə yeni əlaqələrə dair çağırış edib.

"Report" AFP-yə istinadən xəbər verir ki, İran prezidenti Fransaya səfəri zamanı bu gün Parisdə biznes liderləri ilə görüş keçirib.

"Biz yeni səhifə açıb Fransa ilə yeni əlaqələr qurmağa hazırıq. İnciklikləri unudaq. Hazırda formalaşmış müsbət atmosferdən istifadə edək", - deyə H.Ruhani MEDEF işverənlər assosiasiyasının təşkil etdiyi görüşdə bildirib.

Ruhaninin Paris səfəri zamanı bir neçə kommersiya anlaşmasının imzalanacağı gözlənilir. Artıq Fransanın ən məşhur avtomobil istehsalçılarından olan "Peugeot" İrana qayıdışını rəsmən elan edib. Eyni zamanda, Ruhaninin rəsmi Tehranın "Airbus" şirkətindən 100-dən çox sərnişin təyyarəsi almaq niyyətini də elan edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi