İran prezidenti Rusiyaya səfər edəcək

İran prezidenti Rusiyaya səfər edəcək Dmitri Peskov: “Yüksək səviyyədə görüşə hazırlıq gedir”
Region
31 Yanvar , 2017 14:45
İran prezidenti Rusiyaya səfər edəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu il martın sonunda İran Prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

“Bəli, səfərə hazırlıq gedir. Bu, martın sonunda gerçəkləşə bilər”, - deyə mənbə vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Kremlin belə bir görüşə hazırlaşdığını təsdiqləyib: “Yüksək səviyyədə görüşə hazırlıq gedir. Onun tarixi barədə sizə məlumat verəcəyik”.

Son xəbərlər

Orphus sistemi