İran ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfər edəcək

İran ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfər edəcək Məhəmməd Baqiri səfər çərçivəsində Türkiyənin hərbi və siyasi rəhbərliyi ilə görüşlər keçiriəcək
Region
14 Avqust , 2017 16:49
İran ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfər edəcək

Bakı. 14 avqust. REPORT.AZ/ İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqiri avqustun 15-də Türkiyəyə 3 günlük səfər edəcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, səfər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu general Hülusi Akarın dəvəti ilə həyata keçirilir.

İnformasiyaya əsasən, M.Baqiri səfər çərçivəsində Türkiyənin hərbi və siyasi rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə terrora qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqani yeni hökumətdə təmsil olunmayacaq. Bu vəzifəyə 51 yaşlı Əmir Hatəminin namizədliyi irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi