Yuxarı

İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib

Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir

Bakı. 12 dekabr. REPORT.AZ/ İran ordusu hərbi təlim zamanı “Tufan” adlı yeni tip raketi sınaqdan keçirib.

“Report” Tasnim-ə istinadən xəbər verir ki, yeni raketi İran mühəndisləri hazırlayıb.

İnformasiyaya görə, ölkənin cənub-şərqində quru qoşunlarının “Məhəmməd Rəsulallah-4” adı altında təlimləri keçirilir. Hərbi Hava Qüvvələrinin və “Hatəm ül-Ənbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilən təlimlər 220 kv. km. ərazini əhatə edir. Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir.

Qeyd edək ki, təlim dekabrlın 11-də başlayıb və 13-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi