​İran-Ermənistan sərhədində hərbçi saxlanılıb

​İran-Ermənistan sərhədində hərbçi saxlanılıb İslam Respublikasının hərbçisi sərhədi qanunsuz olaraq keçib
Region
27 Aprel , 2015 16:41
​İran-Ermənistan sərhədində hərbçi saxlanılıb

Bakı. 27 aprel. REPORT.AZ/ İran ərazisindən Ermənistana keçmək istəyən İslam Respublikasının hərbçisi iki ölkə arasındakı sərhəddə saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İran İslam Respublikasının hərbçisi sərhədi - Araz çayını qanunsuz olaraq keçib.

Sərhədi pozan şəxs "xristian" olduğunu deyib. Onun sözlərinə görə, hərbçi yoldaşları ilə mübahisədə fikir ayrılığı yaranıb və bundan sonra sərhədi keçib.

O, 1992-ci il təvəllüdlüdür.

Son xəbərlər

Orphus sistemi