İran ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutunun olduğunu bəyan edib

İran ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutunun olduğunu bəyan edib Komandan: "Biz ABŞ-ın İŞİD-i necə dəstəklədiyinin şahidi olduq"
Region
16 Sentyabr , 2017 21:59
İran ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutunun olduğunu bəyan edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ İran Birləşmiş Ştatların İŞD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", — deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şrəqdə ABŞ üçün "böyük qalmaqal" ilə nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi