Yuxarı

Hulusi Kılıc yenidən səfir təyin olunub

O, 2012-ci ildən Türkiyə Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc yeni ölkəyə təyin olunub. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, diplomat rəsmi Ankaranın Moldovadakı səfiri təyin edilib. 

Qeyd edək ki, H.Kılıc 2008-ci ilin martından 2012-ci ilin sentyabrınadək Türkiyənin Azrərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. 2012-ci ildən isə ölkəsinin Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi