Baş nazirin müavini: "Başikaya hücumu Ankaraya hücum kimi qiymətləndirəcəyik"

Baş nazirin müavini: "Başikaya hücumu Ankaraya hücum kimi qiymətləndirəcəyik" Numan Kurtulmuş: "Başıkaya hücum olarsa, bunun Ankaraya edilən hücumdan heç bir fərqi olmayacaq"
Region
20 Oktyabr , 2016 12:29
Baş nazirin müavini: Başikaya hücumu Ankaraya hücum kimi qiymətləndirəcəyik

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Başika bazasına hücumu Ankaraya qarşı təcavüz kimi qiymətləndirəcəyik".

"Report" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib.

"Başika bazasına hücum olarsa, Türkiyə qurudan o əraziyə daxil olacaqmı" sualına baş nazirin müavini belə cavab verib: "Başıkaya hücum olarsa, bunun Ankaraya edilən hücumdan heç bir fərqi olmayacaq".

Qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarını terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər.

Son xəbərlər

Orphus sistemi