Qubernator: "Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq" - FOTO

Qubernator: "Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq" - FOTO Heydər Əliyev bizim regionun ən böyük və ən güclü siyasətçisi olub.
Region
7 May , 2019 22:49
Qubernator: Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq - FOTO
Foto: "Report"

"Heydər Əliyev bizim regionun ən böyük və ən güclü siyasətçisi olub".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili Bolnisi rayonunda "Heydər Əliyev və mənəvi dəyərlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq: "Heydər Əliyevin təşəbbüsü ilə bölgədə genişmiqyaslı iqtisadi layihələr həyata keçirilib. Bu gun də davam edən layihələr Gürcüstan üçün olduqca böyük əhəmiyyət kəsb edir".

Ş.Rexviaşvili qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu qardaşlıq və dostluq münasibətləri mövcud olub: "Bu münasibətlərin daha da gücləndirilməsində Heydər ƏliyevEduard Şevardnadzenin əvəzsiz xidmətləri olub".

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Bolnisi rayonunun icra başçısı Davit Şerazadişvili, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Azərbaycanın İlahiyyət İnstitutunun prorektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və digər şəxslər iştirak ediblər.

Mərasimin sonunda iftar süfrəsi təşkil olunub. Tədbir iştirakçılarına Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi kitab və broşürlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi