Yuxarı

Həştərxanda Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək

Forumda Moskva, Sankt-Peterburq və Xəzəryanı dövlətlərin nümayəndələri iştirak edəcək

Bakı. 5 aprel. REPORT.AZ Aprelin 7-dən 14-dək Həştərxanda Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Forumda Moskva, Sankt-Peterburq və Xəzəryanı dövlətlərin nümayəndələri iştirak edəcək.

Forumun əsas tədbirlərindən biri regionun innovasiya-texnologiya potensialını nümayiş etdirən sərgi olmalıdır. Sərgidə iştirak edəcək innovasiya şirkətləri gəmiqayırma və gəmi təmiri sahələri də daxil olmaqla, öz layihələrini təqdim edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi