Hakan Şükür: "Türkiyə prezidentinin yanındayam, dövlət çevrilişi cəhdini lənətləyirəm"

Hakan Şükür: "Türkiyə prezidentinin yanındayam, dövlət çevrilişi cəhdini lənətləyirəm" O, dövlət çevirilişi cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib
Region
25 Avqust , 2016 10:45
Hakan Şükür: Türkiyə prezidentinin yanındayam, dövlət çevrilişi cəhdini lənətləyirəm

Bakı. 25 avqust. REPORT.AZ/ "Mən belə olduqlarını bilmirdim. Prezidentin yanındayam".

"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə futbol millisinin keçmiş üzvü Hakan Şükür Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı sosial şəbəkədə yazıb. 

O, ailəsindən heç kimin FETÖ-yə bağlı olmadığını, habelə bu qruplaşmanın etdiklərindən məyus olduğunu qeyd edib, dövlət çevrilişi cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib: "Seçilmiş prezidentimizə, hökumətimizə və demokratiyamıza qarşı törədilən xain təşəbbüsü bir daha lənətləyirəm, şəhidlərimizə rəhmət diləyirəm".

Qeyd edək ki, Hakan Şükürün Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda sanksiya verilib, atası isə FETÖ-yə maliyyə yardımı göstərməkdə şübhəli bilinərək həbs olunub. 

Son xəbərlər

Orphus sistemi