​Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlıq proqramı imzalanıb

​Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlıq proqramı imzalanıb İki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq plan əsasında qurulur
Region
1 Fevral , 2016 17:10
​Gürcüstanla Ermənistan arasında hərbi əməkdaşlıq proqramı imzalanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Gürcüstanla Ermənistan arasında 2016-cı il üzrə hərbi əməkdaşlıq proqramı imzalanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, sənədi Yerevanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıb.

Məlumatda bildirilib ki, iki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq plan əsasında qurulur. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.

Qeyd edək ki, fevralın 1-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşili Yerevana rəsmi səfər edib. 

Son xəbərlər

Orphus sistemi