Yaxın günlərdə Gürcüstanla ABŞ arasında üçillik hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi attaşesi Stefani Beqli ilə görüşdən sonra Gürcüstanın müdafiə naziri Levan Ozoria məlumat verib.
“Bir neçə gün sonra üçillik əməkdaşlıq müqaviləsi imzalaya biləcəyik. ABŞ-ın nazirliyimizlə birgə həyata keçirdiyi uğurlu siyasəti sonrakı illərdə polkovnik Stefani Beqli və komandası ilə əsaslı şəkildə davam etdirəcəyik. Bu da, ilk növbədə, bizim müdafiə imkanlarımızı artırır”, - deyə nazir qeyd edib.
Xatırladaq ki,