Yuxarı

Gürcüstanın sabiq maliyyə naziri vəfat edib

59 yaşlı iqtisadçı Gürcüstanda iqtisadi islahatların atası hesab edilirdi

Gürcüstanın sabiq maliyyə naziri (Mihail Saakaşvili prezidentliyi dövründə), tanınmış iqtisadçı Kaxa Bendukidze Londonda ürək tutmasından dünyasını dəyişib.

Report-un məlumatına görə, bu yaxınlarda İsveçrədə ürək əməliyyatı keçirən Bendukidze daha sonra Londona köçmüşdü.

59 yaşlı iqtisadçı Gürcüstanda iqtisadi islahatların "atası" hesab edilirdi.

Sabiq nazir 2014-cü ilin may ayında Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri təyin olunmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi