Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olundu

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olundu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.
Region
19 Fevral , 2020 10:51
Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olundu

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurası effektiv fəaliyyət göstərməli olan olduqca vacib orqandır: “Cari vəziyyətdən irəli gələrək Təhlükəsizlik Şurasının yeni rəhbərini sizə təqdim edirəm. Bu, daxili işlər naziri Vaxtanq Qomelauridir”.

G.Qaxaria daxili işlər nazirini bu vəzifəyə təyinatı ilə bağlı təbrik edib.

Qeyd edək ki, bu vaxta qədər Milli Təhlükəsizlik Şurasının katibi Levan İzoria olub. O, ötən ay bu vəzifə ilə yanaşı Kəşfiyyat Xidmətinin rəhbərliyindən də istefa verib.  

Son xəbərlər

Orphus sistemi