Yuxarı

​Gürcüstanın sabiq nazir müavini Odessa vilayəti milisinin rəisi təyin olunub

Onu kollektivə Ukraynanın daxili işlər naziri Arsen Avakov təqdim edib

Bakı. 16 iyun. REPORT.AZ/ Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze Ukrayna DİN-in Odessa vilayəti Baş İdarəsinin rəisi təyin olunub. "Report" UNN agentliyinə istinadənm xəbər verir ki, bu haqda DİN-in Odessadakı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Onu kollektivə Ukraynanın daxili işlər naziri Arsen Avakov təqdim edib.

Xəbər görə, G.Lortkipanidze Ukrayna xalqına xidmət etməyə hazır olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, o, 2015-ci il iyunun 11-də Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə ölkə vətədaşı olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi