​Gürcüstanın sabiq nazir müavini Odessa vilayəti milisinin rəisi təyin olunub

​Gürcüstanın sabiq nazir müavini Odessa vilayəti milisinin rəisi təyin olunub Onu kollektivə Ukraynanın daxili işlər naziri Arsen Avakov təqdim edib
Region
16 İyun , 2015 19:08
​Gürcüstanın sabiq nazir müavini Odessa vilayəti milisinin rəisi təyin olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze Ukrayna DİN-in Odessa vilayəti Baş İdarəsinin rəisi təyin olunub. "Report" UNN agentliyinə istinadən xəbər verir ki, bu haqda DİN-in Odessadakı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Onu kollektivə Ukraynanın daxili işlər naziri Arsen Avakov təqdim edib.

Xəbər görə, G.Lortkipanidze Ukrayna xalqına xidmət etməyə hazır olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, o, 2015-ci il iyunun 11-də Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə ölkə vətədaşı olub.  

Son xəbərlər

Orphus sistemi