Gürcüstanın baş naziri hökumət dəyişiklikləri ilə bağlı məlumatları şərh edib

Gürcüstanın baş naziri hökumət dəyişiklikləri ilə bağlı məlumatları şərh edib “Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir”.
Region
16 Avqust , 2019 16:00
Gürcüstanın baş naziri hökumət dəyişiklikləri ilə bağlı məlumatları şərh edib

“Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətdə dəyişikliklərin olacağı ilə bağlı məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, hökumət parlamentə yenilənmiş proqram təqdim edəcək və dəyişikliklər həmin proqramdan asılı olacaq: “Biz nəticələrə hədəflənmişik. 2020-ci il seçkiləri ilə bağlı parlamentə proqram təqdim olunacaq. İstənilən kadr dəyişikliyi həmin proqrama əsasən həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi