Yuxarı
    Bağlamaq

    ​Gürcüstanın baş naziri: "Azərbaycanın təbii qazının əvəzlənməsindən söhbət gedə bilməz"

    İrakli Qaribaşvili: Siyasətçi Azərbaycana münasibətin dəyişməsi haqda düşünə bilməz, belə etmək cəfəngiyyat olar

    Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycanın təbii qazının əvəz edilməsi ilə bağlı heç bir danışıq aparılmır".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili jurnalistlərin "oktyabrın 10-da Azərbaycana səfəri zamanı təbii qazla bağlı məsələ müzakirə edilibmi" sualına cavabında deyib.

    O hesab edir ki, vəziyyəti dramatikləşdirmək lazım deyil: "Əvvəla, mən Bakıya Azərbaycan Prezidenti İlham Əliyevlə işgüzar görüş keçirmək üçün səfər etmişdim. Çünki çoxdan idi görüşmürdük. Təbii ki ölkələrimiz arasında çox sıx və dostluq münasibətlərindən, eləcə də strateji əməkdaşlıqdan danışdıq".

    Gürcüstan hökumətinin başçısı təbii qazın ölkəsinə idxalı ilə bağlı məkrli məsələlərə və müzakirələrə son qoyulmasını istəyib: "Azərbaycana münasibətdə heç bir dəyişiklik nəzərdə tutulmayıb. Azərbaycanla strateji münasibətimiz var və bu hökumətlərimizin, dövlətlərimizin başlıca istiqamətidir. Bizim Azərbaycanla sıx strateji və dostluq münasibətimiz var və olacaq. Siyasətçi Azərbaycana münasibətin dəyişməsi haqda düşünə bilməz. Bu cəfəngiyyatdır. Təbii qazın idxalının şaxələndirilməsi və Azərbaycanın təbii qazının əvəz edilməsi haqda müzakirə olmayıb, bu cəfəngiyyatdır, gerçəkliyi əks etdirmir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi