Yuxarı

Gürcüstanda parlament seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlanı

ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunda respondentlər parlament seçkilərində hansı partiyanı dəstəkləyəcəklərini açıqlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, sorğunun nəticələrinə görə seçkilər sabah keçirilsəydi, rəyi soruşulanların 20%-i hakim Gürcü Arzusu Partiyasını dəstəkləyərdi.

Vahid Milli Hərəkat Partiyasına respondetlərin 9%-i, Vətənpərvərlər Alyansı Partiyası və Avropalı Gürcüstan Partiyasının hər birinə 4%-i səs verərdi.

Sorğuda iştirak edənlərin 26%-i suala cavab verməyib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək keçirib. Sorğuda 2 131 respondent iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi