Gürcüstanda koronavirusla mübarizəyə 60 xəstəxana səfərbər olunacaq

Gürcüstanda koronavirusla mübarizəyə 60 xəstəxana səfərbər olunacaq Gürcüstanda 20 xəstəxana koronavirus və yüksək hərarətli pasiyentləri qəbul etmək üçün tam səfərbər olunub.
Region
3 Aprel , 2020 14:39
Gürcüstanda koronavirusla mübarizəyə 60 xəstəxana səfərbər olunacaq

Gürcüstanda 20 xəstəxana koronavirus və yüksək hərarətli pasiyentləri qəbul etmək üçün tam səfərbər olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, gələn həftənin bazar ertəsindən etibarən bu siyahıya daha 9 klinika əlavə olunacaq.

Nazir bölgələrdə mərhələli şəkildə 31 xəstəxananın da koronavirusla mübarizə prosesinə cəlb olunacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi