Gürcüstanda 20 xəstəxana koronavirus və yüksək hərarətli pasiyentləri qəbul etmək üçün tam səfərbər olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
O deyib ki, gələn həftənin bazar ertəsindən etibarən bu siyahıya daha 9 klinika əlavə olunacaq.
Nazir bölgələrdə mərhələli şəkildə 31 xəstəxananın da koronavirusla mübarizə prosesinə cəlb olunacağını qeyd edib.