Yuxarı

Gürcüstanda iri metallurgiya zavodu işini dayandırıb

Zavod rəhbərliyi əməkdaşlarına kredit öhdəliklərinin uzadılmasında və martın 10-dan işə bərpa edilməkdə yardım edəcəyini vəd edib

Bakı. 12 fevral. REPORT.AZ/ Gürcüstanın Rustavidəki ən böyük metallurgiya zavoduna nəzarət edən "Rustavi poladı" ASC-nin rəhbərliyi məhsullarına tələbatın olmaması səbəbilə müəssisənin kollektivini ödənişsiz məzuniyyətə göndərib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Gürcüstan KİV-i məlumat verib.

Zavod işçilərinin sözlərinə görə, dünən müəssisə rəhbərliyi metallurgiya bazarındakı qlobal böhrana görə zavodun fəaliyyətini ən azı bir aylığa dayandırmağa məcbur olduğunu söyləyib. Bu qərar çətin duruma düşən işçilərin etirazına səbəb olub. Onlar ailələrini dolandıra bilməyəcəklərindən çəkinir.

Zavod rəhbərliyi əməkdaşlarına kredit öhdəliklərinin uzadılmasında və martın 10-dan işə bərpa edilməkdə yardım edəcəyini vəd edib.

Qeyd edək ki, "Rustavi poladı" ASC ildə 200 min ton polad boru və armatur istehsal edir. Bunun da 80 faizi Azərbaycan, Ermənistan və digər ölkələrə ixrac olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi