Yuxarı

Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb

Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb

Tbilisi. 12 noyabr. REPORT.AZ / Gürcüstanın İmereti bölgəsinin Zekari kəndi ərazisində noyabrın 10-dan etibarən davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında yanğının söndürülməsi üzrə işlər bərpa olunub.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən cəlb olunub. İlkin məlumatlara görə, 5 hektar sahə yanıb. Yanğının bu gün lokallaşdırılacağı gözlənilir.

Yanğının yaşayış məntəqələrinə doğru yayılması təhlükəsi yoxdur.

Faktla bağlı qəsdən yanğın törətmə maddəsi üzrə cinayət işi açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi