Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb

Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb Tbilisi. 12 noyabr. REPORT.AZ / Gürcüstanın İmereti bölgəsinin Zekari kəndi ərazisində noyabrın 10-dan etibarən davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb.
Region
12 Noyabr , 2018 12:29
Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb
0 : 00
0 : 00

Tbilisi. 12 noyabr. REPORT.AZ / Gürcüstanın İmereti bölgəsinin Zekari kəndi ərazisində noyabrın 10-dan etibarən davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında yanğının söndürülməsi üzrə işlər bərpa olunub.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən cəlb olunub. İlkin məlumatlara görə, 5 hektar sahə yanıb. Yanğının bu gün lokallaşdırılacağı gözlənilir.

Yanğının yaşayış məntəqələrinə doğru yayılması təhlükəsi yoxdur.

Faktla bağlı qəsdən yanğın törətmə maddəsi üzrə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi