Yuxarı
    Bağlamaq

    Gürcüstanda İŞİD-ə muzdlu əsgər göndərən şəxslər həbs olunub

    İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu da tutulub

    Bakı. 15 İyun. REPORT.AZ/ Gürcüstanın Pankisi dərəsində terrorçu İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu həbs olunub.

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Pankisi dərəsində yaşayan insanları Suriyaya muzdlu əsgər kimi göndərməyə çalışan beş nəfər 100 polis əməkdaşının cəlb olunduğu xüsusi əməliyyat nəticəsində tutulub.

    Həbs olunanlar arasında Batiraşvilinin qohumu Qayoz Borçaşvilinin də adı keçir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi