Yuxarı

Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

​Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə ol

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.

Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi