Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.
Region
9 Oktyabr , 2019 22:44
Gürcüstanda Azərbaycandilli məktəbdə şagirdlər arasında zəhərlənmə olub

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.

Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.

Son xəbərlər

Orphus sistemi