Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb Azərbaycandan ötən ay Gürcüstana 226 133 nəfər səfər edib.
Region
19 Sentyabr , 2019 14:35
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 12,8% artıb

Azərbaycandan ötən ay Gürcüstana 226 133 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Avqust ayında qonşu ölkəyə ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub.

İllik müqayisədə Gürcüstana yollanan azərbaycanlı turistlərin sayı 12,8% artıb.

Ötən ay Gürcüstana Rusiyadan səfər edənlərin sayı 8,5% azalaraq 207 899 nəfər təşkil edib. Azalmaya baxmayaraq Rusiya Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından 2-ci yeri tutub.

Üçüncü yerdə Ermənistan (191 817 nəfər), dördüncü yerdə isə Türkiyə (154 834) qərarlaşıb.

Avqust ayında Gürcüstan, ümumilikdə, 1 358 598 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 4,9% çoxdur. Turist səfərlərinin sayı islə 753 648 təşkil edib. İllik müqayisədə turistlərin sayı 16 599 nəfər və ya 2,3% artıb.

Son xəbərlər

Orphus sistemi