Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan vətəndaşı Ramin Nəbiyev Gürcüstan ərazisinə qanunsuz yolla böyük həcmdə qızıl külçə və məmulatları keçirdiyi üçün saxlanılıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, saxlanılan qızıl məmulatı 55 min lari (38 min manata yaxın) dəyərindədir.
Məlumata görə, faktla bağlı istintaq başlayıb. Ramin Nəbiyevi günahı sübut ediləcəyi halda 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.