​Gürcüstan və Rusiya təmsilçiləri yenidən görüşəcək

​Gürcüstan və Rusiya təmsilçiləri yenidən görüşəcək Rusiya XİN: "Rusiya-Gürcüstan ikitərəfli münasibətlərinə dair praktik məsələlər müzakirə edilib"
Region
17 Fevral , 2015 15:39
​Gürcüstan və Rusiya təmsilçiləri yenidən görüşəcək

Bakı.17 fevral. REPORT.AZ/ Fevralın sonunda Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsi üzrə növbəti görüş keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

"Rusiya-Gürcüstan ikitərəfli münasibətlərinə dair praktik məsələlər müzakirə edilib. Növbəti görüşün fevralın sonunda Praqada keçirilməsi ilə bağlı qərar qəbul olunub", - məlumatda bildirilib. 

Son xəbərlər

Orphus sistemi