Gürcüstan və Ermənistan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib

Gürcüstan və Ermənistan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib Gürcüstan prezidenti Salome Zurabişvili Tokioda ermənistanlı həmkarı Armen Sarkisyanla görüşüb.
Region
23 Oktyabr , 2019 15:28
Gürcüstan və Ermənistan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib

Gürcüstan prezidenti Salome Zurabişvili Tokioda ermənistanlı həmkarı Armen Sarkisyanla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və bölgədəki vəziyyət müzakirə olunub.

Tərəflər Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələr və mədəni əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Prezidentlər texnologiya, qida təhlükəsizliyi, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar. 

Son xəbərlər

Orphus sistemi