Gürcüstan prezidenti Salome Zurabişvili Tokioda ermənistanlı həmkarı Armen Sarkisyanla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və bölgədəki vəziyyət müzakirə olunub.
Tərəflər Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələr və mədəni əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Prezidentlər texnologiya, qida təhlükəsizliyi, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar.