Gürcüstan təhlükəsizlik şurasının katibi: “Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik şuralarının üçtərəfli görüşünü müzakirə etdik”

Gürcüstan təhlükəsizlik şurasının katibi: “Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik şuralarının üçtərəfli görüşünü müzakirə etdik” “Bu il Türkiyə və Gürcüstan prezidentlərinin görüşü keçiriləcək”
Region
24 Aprel , 2017 16:29
Gürcüstan təhlükəsizlik şurasının katibi: “Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik şuralarının üçtərəfli görüşünü müzakirə etdik”
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ “Biz Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik şuralarının üçtərəfli görüşü və birgə memorandumunu müzakirə etdik”.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Təhlükəsizlik Şurasının katibi Seyfulla Hacımüftioğlunun Tbilisiyə səfəri haqda danışan Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.

Gürcüstan prezident Gerogi Marqvelaşvili apreın 24-də Seyfullah Müftioğlunu qəbul edib.

“Təhlükəsizlik, iqtisadiyyat və energetika sahələri üzrə üçtərəfli çərçivədə Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığı nəzərdən keçiridik. Fikirimizcə, bu il Türkiyə və Gürcüstan prezidentlərinin görüşü keçiriləcək”, - deyə, görüşdən sonra David Rakviaşvili vurğulayıb.

Qeyd edək ki, Seyfullah Hacımüftioğlu Tbilisiyə üçügünlü səfəri zamanı Gürcüstanın müdafiə naziri Levon İzoriya, xarici işlər nazirinin müavini David Dondua, Xarici kəşfiyyat xidmətinin başçısı David Sucaşvili, Dövlət təhlükəsizlik və böhranların idarə edilməsi şurasının rəhbəri Mindiya Canaldze və qeyri-hökumət təşkilatlarının başçıları ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi