Yuxarı

Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Azərbaycanla münasibətləri yaxşı qiymətləndirib - SORĞU

​Gürcüstan sakinlərinin böyük əksəriyyəti Azərbaycanla münasibətləri y

Gürcüstanda rəyi soruşulanların 63%-i ölkənin Azərbaycanla münasibətlərini yaxşı qiymətləndiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.

Respondetlərin 20%-i Gürcüstan-Azərbaycan münasibətlərinin nə yaxşı, nə pis, 13%-i isə pis olduğunu qənaətindədir. 

Sorğuda iştirak edənlərin yalnız 4%-i müvafiq suala cavab verməyib. 

Rəyi soruşulanların 14%- Azərbaycanı ən vacib siyasi tərəfdaş, 22%-i ən vacib iqtisadi tərəfdaş adlandırıb. Onların 6%-i əsas siyasi təhlükənin, 8%-i isə əsas iqtisadi təhlükənin Azərbaycandan gəldiyini bildiriblər.

Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi