Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİB

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİB Gürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.
Region
24 Aprel , 2020 17:16
Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - YENİLƏNİB
0 : 00
0 : 00

Gürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilini baş nazirin müavini vəzifəsinə təyin etməsi haqqında qərarından çox məyus olduqlarını deyib. 

Bildirilib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırıb.

Ukrayna Milli Polisinin keçmiş başçısı, Birləşmiş Milli Hərəkatın üzvü Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti bununla Ukraynaya qarşı praktik olaraq diplomatik müharibə elan edib.


*** 16:12

"Ukraynada Mixeil Saakaşvili baş nazirin müavini təyin edilsə, Kiyevdəki səfirimizi geri çağıracağıq".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.

Gürcü Arzusu Partiyasının deputatı Rati İonatamişvili isə “İmedi” telekanalına deyib ki, Mixeil Saakaşvili Ukrayna baş nazirinin müavini təyin olunarsa, ikitərəfli münasibətlərə xələl gətirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidentinə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. M.Saakaşvili təklifi müsbət qarşılayıb.

Son xəbərlər

Orphus sistemi