Yuxarı
    Bağlamaq

    ​Gürcüstan prezidenti: "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır "

    Georgi Marqvelaşvili: Qazprom yalnız energetika demək deyil

    Bakı. 3 fevral. REPORT.AZ/ "Bir daha təkrar etməliyəm ki, "Qazprom" yalnız energetika demək deyil. Rusiyanın bu şirkətdən iqtisadi və siyasi maraqlarını təmin etmək üçün istifadə etdiyini unutmaq olmaz".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Georgi Marqvelaşvili parlamentdəki illik çıxışında bildirib.

    "Rusiya ilə iqtisadi, özəlliklə energetika məsələsi üzrə əməkdaşlığın "mülayim güclər"in tərkib hissəsi olduğunu nəzərə almaq lazımdır. Ona görə də "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır. Gürcüstanın Avropa dövlətlərinin böyük azad birliyinə - tarixi ailəsinə qayıtması kimi strateji hədəflə bağlı bütün proseslərə qatılacağam", - deyə Marqvelaşvili vurğulayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi