Yuxarı

Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

​Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, istintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır.

Bənd üzrə cərimə və ya üç ilə qədər vəzifə tutmaq və ya fəaliyyətlə məğul olmaq hüququndan məhrum olunmaqla üç ilə qədər həbs cəzası nəzərdə tutulub.

Baş Prokurorluqdan bildirilib ki, istintaqın gedişatı və nəticələri haqqında mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar prezident 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi