Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.
Region
20 Sentyabr , 2019 13:29
Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, istintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır.

Bənd üzrə cərimə və ya üç ilə qədər vəzifə tutmaq və ya fəaliyyətlə məğul olmaq hüququndan məhrum olunmaqla üç ilə qədər həbs cəzası nəzərdə tutulub.

Baş Prokurorluqdan bildirilib ki, istintaqın gedişatı və nəticələri haqqında mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar prezident 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb. 

Son xəbərlər

Orphus sistemi