Yuxarı

Gürcüstan prezidenti: “Gürcü və Azərbaycan xalqlarını sıx dostluq birləşdirir”

​Gürcüstan prezidenti: “Gürcü və Azərbaycan xalqlarını sıx dostluq bir

“Gürcülər və azərbaycanlıların müxtəlif dinlərə məxsus xalqlar olmasına baxmayaraq, hər iki xalqı sıx dostluq birləşdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda bildirilib.

Dövlət başçısı məktubunda A.Paşazadənin Azərbaycanda dinin möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib: “Mən hər zaman Sizin və Gürcüstan patriarxının ölkələr arasındakı münasibətlərin dəstəklənməsi və möhkəmləndirilməsindəki şəxsi rolunuzu görürəm. İnanıram ki, bu dostluq hər zaman davam edəcək. Bu münasibətləri qoruyub saxlamaqla biz regionda həyati əhəmiyyət kəsb edən sülhü möhkəmləndirə bilərik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi