Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir

Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
Region
25 İyun , 2019 13:24
Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Aksiyaya vətəndaşlarla yanaşı, müxalif “Güc birlikdədir” birliyinin üzvləri də qatılıblar. Etirazçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qəddafi obrazında əks olunduğu plakatlar tutublar.

Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Hazırda parlamentin plenar iclası keçirilir. Deputatlar yeni spiker seçməlidirlər. 

Son xəbərlər

Orphus sistemi